
Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzi “Nəqliyyat qəzaları zamanı xilasetmə əməliyyatı” mövzusunda təlim keçirib.
FHN-dən Gununsesi.info-ya verilən məlumata görə, təlimə qurumun Cənub Regional Mərkəzi, Xüsusi Riskli Xilasetmə Xidmətinin N saylı hərbi hissəsi və Dövlət Yanğından Mühafizə Xidməti Masallı rayon Yanğından Mühafizə Hissəsinin xilasetmə qüvvə və vasitələri cəlb olunub.
Təlimin keçirilməsində məqsəd fövqəladə hadisələr zamanı qarşılıqlı fəaliyyətin daha da təkmilləşdirilməsi, xilasetmə işlərinin təşkili və aparılması qaydaları, nəqliyyat qəzaları zamanı deformasiyaya uğramış avtomobildən zərərçəkmişlərin xilas edilməsi üzrə xilasedicilərin bilik və bacarıqlarının artırılması, həmçinin xilasetmə qrup komandirlərinin hadisə zamanı effektiv idarəetmə vərdişlərinin təkmilləşdirilməsi olub.
Təlimdən sonra əldə edilmiş nəticələr təhlil olunub, müvafiq tapşırıqlar verilib.
