
Sumqayıtda bağ evindən külli miqdarda pul oğurlanıb.
Gununsesi.info xəbər verir ki, şəhər sakini V. Əliyevə məxsus olan Qurd Dərəsi bağlar massivindəki evdən 90 min manat oğurlanıb.
Sumqayıt ŞPİ 1-ci Polis Bölməsinin keçirdiyi əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən Qubadlı rayon sakini Məhəbbət Məmmədov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
Gununsesi.info