Bəzi vəkillər nöqsanlara görə cəzalandırıldı

  • By Günel
  • 04 Noyabr 2024 21:46

Bu gün Vəkillər Kollegiyası (ARVK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Gununsesi.info xəbər verir ki, iclasda Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb və Rəyasət Heyəti tərəfindən yol verdikləri intizam pozuntularına görə, 1 vəkilin fəaliyyəti 1 il müddətinə dayandırılıb, 2 vəkilə töhmət verilib.

Bundan başqa, 2 vəkilə irad, 2-sinə isə xəbərdarlıq olunub.

Gununsesi.info