
ATƏT PA-nın Cənubi-Şərqi Avropa üzrə Xüsusi Nümayəndəsi kimi 22- 24 noyabr tarixlərində Yunanıstana etdiyim səfər çərçivəsində parlament, hökumət və siyasi partiya təmsilçiləri ilə görüşlərim nəzərdə tutulur.
Gununsesi.info xəbər verir ki, bunu ATƏT PA-nın vitse-prezidenti, deputat Azay Quliyev bildirib.
A.Quliyev yunan həmkarları ilə qarşılıqlı maraq doğuran məsələləri, regionda mövcud olan çağırışları və bu çağırışların həllində ATƏT PA-nın iştirakını və rolunu ətraflı müzakirə etmək imkanının olacağına ümid etdiyini deyib.
Gununsesi.info