AZAL vətəndaş tənqidlərinə dözmədi

Azərbaycanın Hava Yolları Dövlət Konserni ( AZAL) sosial şəbəklərdə roliklər paylaşır.
   Gununsesi.info-nun xəbərinə görə, AZAL-ın instagram səhifəsində “Xüsusi reyslərdə qidalanma xidməti” adlı paylaşımı vətəndaşların narazılığına səbəb olub.

Belə ki, AZAL-ın bu çarxının altında rəy yazan vətəndaşların qiymətlərin bahalaşması, habelə təyyarələrdə bütün sıralara biletlərin satılmasını qabardaraq, şirkəti tənqid ediblər. Tənqidlərin kütləvi xarakter aldığını görən səhifə admini rəy bölümünü bağlayıb. Bu da AZAL-ın təndiqlərə nə qədər dözümsüz olduğunu nümayiş etdirib.

Gununsesi.info