
Gürcüstanda Akkord” şirkətinə iddia prosesi ilə bağlı Tbilisi Şəhər Məhkəməsində hakim Zaal Maruaşvilinin sədrliyi ilə məhkəmə iclası keçirilib. 16 noyabr 2020-ci ildə keçirilən proseslə bağlı bu gün qərar elan edilib.
Gununsesi.org xəbər verir ki, verilən qərara əsasən, “Akkord” şirkəti 540 000 GEL məbləğində cərimə edilib. Gürcüstanın adından çıxarılan qərarda iddiaçı Nato Natsvlişvilinin “Pul öhdəliyinin yerinə yetirilməsi”, “Dəymiş ziyanın ödənilməsi” ilə bağlı şikayət tələbləri yerinə yetirilib.
Qətnaməyə əsasən, Gürcüstanın Mülki Prosessual Məcəlləsinin 8-ci, 41-ci, 53-cü, 243-244-cü maddələrini, 256-cı maddənin 2-ci hissəsini, 257-ci maddəni, 2591 maddəsinin birinci hissəsini, 369-cu maddəsini rəhbər tutaraq, cavabdeh “Akkord Tikinti Sənaye İnvestisiya Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti, iddiaçı, Nato Natsvlişvilinin xeyrinə 540 000 GEL məbləğdə illik 10% və məhkəmə rüsumu olaraq 3050 GEL məbləğ ödəməlidir.
Qərardan Tbilisi Apellyasiya Məhkəməsində Tbilisi Şəhər Məhkəməsi vasitəsilə, sənədləşdirilmiş qərarın təhvil verildiyindən 14 gün müddətində, qərarın qətnamə hissəsinin 6-cı bəndi ilə nəzərdə tutulmuş qaydalara riayət edərək şikayət edilə bilər.
Məhkəmə sənədinə görə, əgər qərarın elan edilməsində qərarı şikayət etmək hüququna malik şəxs iştirak edirsə və ya belə bir şəxsə Gürcüstan qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qərarın elan ediləcəyi tarix məlum idisə, qərarı şikayət etmək istəyən tərəf (onun nümayəndəsi), qərarın qətnamə hissəsinin elan edilməsindən 20 gündən tez olmayaraq və 30 gündən gec olmayaraq, məhkəməyə müraciət edib qərarın surətini almalıdır; əks halda, şikayət müddətinin sayımı qərarın elan edildiyindən 30-cu gün başlayacaqdır. Bu müddətin uzadılması və bərpası mümkün deyil.