
Antalya-Bakı marşrutu üzrə reysin yerinə yetirilməsinə hazırlaşan “Azərbaycan Hava Yolları” aviaşirkətinin Airbus A320 təyyarəsi texniki səbəblərdən dayanacağa qayıdıb.
Gununsesi.info xəbər verir ki, bu barədə AZAL-dan verilən açıqlamada bildirilir.
“Sərnişinlərin daşınması üçün Bakıdan başqa təyyarə göndəriləcək.
Gecikmiş reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq bütün zəruri vasitələrlə təmin ediləcək”.
Gununsesi.info