Ermənistan təslim oldu: Üçtərəfli komissiya işini bərpa edir

Ermənistan, Azərbaycan və Rusiya arasında fəaliyyət göstərən üçtərəfli komissiya fəaliyyətini bərpa edəcək.

Gununsesi.info Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə baş nazirin müavini Mqer Qriqoryanın ofisi məlumat yayıb.

Məlumata görə üçtərəfli komissiyanın bərpası Ermənistanda hökumət formalaşdıqdan sonra mümkün olacaq:

“Ermənistanda hökumət formalaşdıqdan dərhal sonra regional komunnikasiyaların açılması üçün yaradılmış üçtərəfli komissiya işini bərpa edəcək”.

Xatırladaq ki, üçtərəfli komissiyanın işini dayandırması barədə məlumat iyunun 1-də açıqlanmışdı.