
Azərbaycanın adı ən çox korrupsiyada hallanan məmurlarından biri olan Azərbaycan Hava Yolları Dövlət Konserninin (AZAL) prezideni Cahangir Əsgərov yenidən gündəmə gəlib.
Belə ki, AZAL-ı 2 milyard manat borca salan Cahangir Əsgərovun ailə üzvləri yeni biznes layihələrini gerçəkləşdirir.
Məlumata görə, Əsgərovun ailə üzvləri Şüvəlan qəsəbəsində Almas Yıldırım və Əliheydər Qarayev küçəsindəki ərazidə 5,3 min kvadrat metrlik obyekt tikir.
Belə ki, AZAL rəhbərinin qızı Cəmilə Əsgərova və xanımı Zərifə Həmzəyevanın sahibi olduğu “The Gazelly Group”un bu layihə ilə bağlı müraciətinə müvafiq orqan tərəfindən razılıq verilib.
Allahverdi Aydın