
Türkiyədə son illərdə mənzil alan Azərbaycan vətəndaşlarının sayı artıb.
Gununsesi.info son 9 ildə Azərbaycan vətəndaşları Türkiyədə 10 minə yaxın mənzil alıb.
Qeyd edək ki, mənzil alışlarında 2018-ci ildən sonra daha çox artım müşahidə edilib. Rekord nəticə 2021-ci ildə qeydə alınıb.
Məlumata görə, 2024-cü ilin ilk iki ayında Azərbaycan vətəndaşları Türkiyədə 112 ədəd mənzil alıblar.
İllər üzrə Azərbaycan vətəndaşlarının Türkiyədə aldıqları mənzillərin sayı aşağıdakı kimi olub:
2015-ci il – 815 ədəd
2016-cı il – 610 ədəd
2017-ci il – 942 ədəd
2018-ci il – 1250 ədəd
2019-cu il – 1191 ədəd
2020-ci il – 1279 ədəd
2021-ci il – 1517 ədəd
2022-ci il – 1330 ədəd
2023-cü il – 832 ədəd
Gununsesi.info