Azərbaycandan Gürcüstana qaçaq yolla keçmək istəyən Nigeriya vətəndaşı saxlanılıb

Yanvar ayının 2-də saat 21:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Zaqatala” sərhəd dəstəsinin Balakən rayonunun Poçtbinə kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycan Respublikasından Gürcüstan Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 1 nəfər Nigeriya Federativ Respublikası vətəndaşı saxlanılıb.

Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

HTML tutorial

 

Qeyd edilib ki, Araşdırma zamanı saxlanılan şəxsin ölkə ərazisinə rəsmi qaydada gəlməsi, dövlət sərhədini pozaraq Azərbaycan Respublikasından Gürcüstan Respublikasına, oradan isə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olduğu müəyyən edilib.

Fakt üzrə əməliyyat-istintaq tədbiri davam etdirilir.

Gununsesi.info