
Azərbaycan Prezidenti İlham Əliyevin təlimatına uyğun olaraq, səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərlərinin Ermənistanın işğalından azad olunmuş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər ediblər.
Gununsesi.info-nun xəbərinə görə, Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev xarici diplomatlara Cocuq Mərcanlı kəndi barədə məlumat verib.
H.Hacıyev bildirib ki, Cocuq Mərcanlı kəndi Azərbaycan üçün qayıdış rəmzidir.

