“Alov Qüllələri”ndə toy olub? - DİN-dən AÇIQLAMA

“Alov Qüllələri”də toy mərasiminin keçirilməsi ilə bağlı yayılan məlumatlar əsassızdır”.

Gununsesi.info xəbər verir, ki bunu BŞBPİ-nin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

O bildirib ki, “Alov Qüllələri”ndə Səbail RPİ-nin əməkdaşları tərəfindən yoxlama keçirilib:

“Bütün zallara baxış olub. Yayılan məlumat təsdiqini tapmayıb”.

Bildirək ki, bu gün sosial şəbəkələrdə “Alov Qüllələri”ndə toy keçirilməsi ilə bağlı məlumat yayılıb. / “Unikal”

Gununsesi.info