
Səhər saatlarından etibarən “Google”da problem yaranıb.
Gununsesi.info xəbər verir ki, yaranmış problemlə əlaqədar telefonlara fasiləsiz olaraq “Google” tətbiqinin bildirişləri gəlir.
Bu barədə “Google” tərəfindən hələlik rəsmi açıqlama yoxdur.
KTLab Kiber Təhlükəsizlik Laboratoriyasının layihə meneceri, kibertəhlükəsizlik məsləhətçisi Şahin Alıyev saytımıza açıqlamasında dedi ki, “Google”un Türkiyədəki əməkdaşları ilə əlaqə saxlayıb və ona məsələ ilə əlaqədar araşdırmalara başlanıldığı bildirilib.