
Daxili İşlər Nazirliyi Yanında İctimai Şuranın sədri seçilən Əliməmməd Nuriyev qarşıdakı fəaliyyətləri barədə yazıb.
Gununsesi.info şura sədrinin qeydlərini təqdim edir:
Dünən Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın ilk toplantısı keçirildı. Etimad göstərib İctimai Şuranın sədri seçilməyimi yekdilliklə dəstəkləy’n İctimai Şura üzvlərinə təşəkkür edirəm. Xüsusi olaraq İctimai Şuraya seçkilərdə mənə səs verən QHT nümayəndələrinə və seçkiləri yüksək səviyyədə təşkil edən, seçkilərin şəffaf və obyektiv keçirilməsi üçün mümkün olan hər şeyi edən Daxili İşlər Nazirliyinə təşəkkür edirən. İctimai Şuranın ilk iclasında aparılan müzakirələr, irəli sürülən təkliflər göstərdi ki, Şura yüksək peşəkarlıq standartları, obyektivlik və qərəzsizlik prinsiplərini rəhbər tutaraq komanda şəkilində fəaliyyət göstərməyə səy göstərəcəkdir.
Öz növbəsində DİN İctimai Şura ilə əməkdaşlığa və birgə işləməkdə çox maraqlıdır və Şuranın effektiv fəaliyyəti üçün dəstək verəcəkdir. Artıq İctimai Şuranın fəaliyyət planının hazırlanması prosesinə başlayacağıq və calışacağıq ki, cəmiyyəti narahat edən, DİN-nin fəaliyyət istiqamətləri ilə bağlı aktual məsələlərlə əlaqədar konkret, praktik addımlar müəyyən edək.
Gununsesi.info