
Kənd Təsərrüfatı Nazirliyinin bu gün Qobustanda istifadəyə verdiyi müasir heyvandarlıq kompleksində Qarabağ atlarının satışına başlanılacaq.
Gununsesi.info xəbər verir ki, bunu nazirliyə məxsus “Aqroservis” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aytəkin Məmmədova deyib.
“Bunun üçün “Qarabağ Atçılıq Zavodu” MMC ilə müqavilə bağlanılacaq və cins Dilboz atlarının satışı həyata keçiriləcək”, – deyə o qeyd edib.
Gununsesi.info