
Azərbaycanda işsizliyin səviyyəsi artıb.
Gununsesi.org turan.az-a istinadla xəbər verir ki, ötən ilin sonunda Azərbaycanda işsizlik səviyyəsi əvvəlki ilin göstəricisini 2,3% keçərək 7,1% təşkil edib.
Statistika Komitəsindən verilən məlumata görə, ümumilikdə, 375.9 min nəfər işsiz sayılır ki, bu da rəsmi işsizlik səviyyəsinin 4.8% olduğu 2020-ci ilin əvvəlindən 124.3 min nəfər çoxdur. 2020-ci ildə 62,4 min yeni işçi qüvvəsi əmək bazarına daxil olub. Bu il yanvarın 1-nə 4 milyon 876,6 min nəfər işçi sayılır.