Azərbaycanda işsizlik nisbəti yaxın 4 ildə bu həddə olacaq – PROQNOZ

  • By arzu
  • 23 Yanvar 2021 16:44

“S&P Global Ratings” Beynəlxalq Reytinq Agentliyi bu il Azərbaycanda işsizlik nisbətinin ötən illə müqayisədə 1 faiz bəndi azalaraq 5,7 %-ə enəcəyini proqnozlaşdırır.

 

Gununsesi.org bu barədə reytinq agentliyinin hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, Azərbaycanda 2022-2024-cü illərdə isə işsizlik nisbətinin müvafiq olaraq 5 %, 4,9 % və 4,7 % səviyyəsində reallaşacağı gözlənilir.

Gununsesi.org