
Mütəxəssis bildirib ki, bəzi şirkətlər qaz balonunu baha qiymətə amma normal, keyfiyyətli şəkildə quraşdırır, işlərinə zəmanət verirlər: “Bəzən öz ustalarını İtaliya, Ukrayna və Türkiyədə təlimlərə göndərirlər. Yaxud həmin ölkələrdən peşəkar ustalar dəvət edirlər ki, bu kimi avadanlıqları quraşdırsın. Ucuz və keyfiyyətsiz məhsullara meyillənib sonra 2-3 dəfə çox zərər çəkməkdənsə, baha, keyfiyyətli olması məsləhətdir. Həm maşının salonundan qaz iy gəlmir, həm də yanacaq sərfiyyatında artma, azalma baş vermir. Üstəlik digər detalları vurub sıradan çıxarmır”.
“Artıq ölkəmizdə Türkiyənin bir neçə şirkəti fəaliyyət göstərir. Türkiyədə də avtomobillərin yarıdan çoxunun qazla işlədiyini nəzərə alsaq, onlarda bu təcrübə geniş yayılıb. Buna görə, o ustaların təcrübəsindən istifadə daha yaxşıdır, nəinki hansı məhəllədəki qarajda ucuz qiymətə qaz avadanlığı quraşdıran kiməsə müraciət etmək. Düşünürlər ki, İtaliya və Türkiyə şirkətlərinin 1500 manata gördüyü işi bu usta 900 manata edir. Ancaq problem yarandıqda qarajı orada tapmaq olmur. Heç bir zəmanət də verilmir. Bu qaz avadanlığını kimin quraşdırdığını sübut etmək olmur. Ona görə, təminatlı şirkətlərin işindən yararlanmaq daha məqsədəuyğundur”, – deyə nəqliyyat eksperti vurğulayıb.
Gununsesi.info