
Son illər Azərbaycanda su çatışmazlığı problemi kəskinləşməkdədir. Özəlliklə aran rayonların sakinləri nəinki suvarmada, hətta içməli su təminatında da ciddi sıxıntılar yaşayırlar. Beləcə, “su çatışmazlığının səbəbləri nədir” sualı aktuallaşır.
Ölkədə su çatışmazlığı son illər kəskinləşsə də, heç də sürpriz hadisə deyil. Beynəlxalq təşkilatlar hələ ötən əsrin 90-cı illərində bildirirdi ki, kəsərli addımlar atılmasa, Azərbaycanı ciddi su stressi gözləyir.
Digəl, bir çox digər problemdə olduğu kimi, hökumət bu sahədə də çağırışlara çevik və adekvat reaksiya vermədi. Yalnız bir neçə il öncə – ölkədə su ilə bağlı böhranlı durum yaranandan sonra hökumət bu yöndə bəlli addımlar atmağa başladı.
Azərbaycanda su qıtlığının təbii səbəbləri də var. Ölkədə su qaynaqlarının azlığı, eləcə də mövcud resursların 70 faizinin mənbəyinin digər ölkələrin ərazisində olması Azərbaycanın işini çətinləşdirir.
Ancaq Azərbaycandan daha az su ehtiyatlarına sahib ölkələrdə durumun belə ciddi olmaması göstərir ki, su problemi təbii amillərdən daha çox idarəçilikdən qaynaqlanır.
Hökumət bu durumun yaşanacağını 30 il öncədən bilsə də, doğru siyasət mexanizmləri qurmadığından, indi su təminatı çox ciddi problemlərlə üz-üzə qalıb.
Gununsesi.info