
Azərbaycanın birinci və ikinci instansiya məhkəmələrində fəaliyyət göstərən bəzi hakimlərin yeri dəyişdirilir.
Gununsesi.info E-huquq.az-ın əldə etdiyi məlumata istinadən xəbər verir ki, məhkəmə hakimiyyətində aşağıdakı yerdəyişmələrin olacağı gözlənilir.
Şəki Apelyasiya Məhkəməsinin sədri Mübariz Əkbərov Bakı Apelyasiya Məhkəməsinə;
Gəncə Apelyasiya Məhkəməsinin hakimi Nuru Quliyev Şəki Apelyasiya Məhkəməsinə;
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin sədri Tofiq Paşayev Sumqayıt Apelyasiya Məhkəməsinə;
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin sədri Vəli Abdullayev Şirvan Apelyasiya Məhkəməsinə;
Şəki Ağır Cinayətlər Məhkəməsinin sədri Rəşad Əliyev Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə;
Şəki Apelyasiya Məhkəməsinin hakimi Mirbahəddin Hüseynov Gəncə Apelyasiya Məhkəməsinə;
Sumqayıt Apelyasiya Məhkəməsinin hakimi Nazim Mövsümov Ali Məhkəməyə;
Bakı İnzibati Məhkəməsinin hakimi İlkin Rəcəbov Ali Məhkəməyə təyin olunacaq.
Gununsesi.info