30 Aprelin- QANLI TERRORU

  • By ilhame
  • 30 Aprel 2021 02:17

Azərbaycan Dövlət Neft Akademiyasında baş verən terror hadisəsi illər keçsədə unudulmur.

30 aprel, 2009-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasında qanlı qətl hadisəsi olmuşdur.

Səhər saatlarında bir nəfər silahlı şəxs Neft Akademiyasının binasına daxil olaraq, ətrafdakılara atəş açmağa başlamışdır. Ölənlərin və  yaralıların sayı 10-nu keçmişdi. Yaralıların 3-ü xarici vətəndaş idi. Onlardan ikisi Sudan, biri isə Suriya vətəndaşı idi.

İstintaq nəzəriyyəsinə əsasən, terrorçu  şəxsin Gürcüstan vətəndaşı Marnuelli sakini 29 yaşlı Fərda Əsəd oğlu Qədirov olduğu bildirilmişdi. O, hadisəni törətdikdən sonra özü-özünü güllələyib.

Hadisə yerinə o zamankı daxili işlər naziri Ramil Usubov və baş prokuror Zakir Qaralov gələrək hadisənin baş vermə səbəblərini araşdıraraq, təhlükəsizlik tədbirləri görmüşdülər.

Azərbaycan prezidenti İLHAM ƏLİYEV aprelin 30-da Dövlət Neft Akademiyasında baş vermiş faciəli hadisə nəticəsində həlak olanların ailələrinə və ağır xəsarət alanlara maddi yardım ayrılması haqqında sərəncam imzalamışdı.

Aprelin 30-da Bakıda Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş hadisə ilə bağlı ABŞ Dövlət Departamenti Azərbaycan xalqına başsağlığı vermişdi. Bunu Dövlət Departamentinin rəsmi nümayəndəsi Robert Vud açıqlamışdı. Keçmiş Rusiya, Türkiyə, Gürcüstan, Ukrayna, Belarus prezidentləri İlham Əliyevə akademiyada baş vermiş faciə ilə bağlı başsağlığı vermişdilər. Litva prezidenti və York hersoqu Şahzadə Endryu Azərbaycan Dövlət Neft Akademiyasında insanların həlak olması ilə nəticələnmiş faciə ilə əlaqədar xalqları və öz adlarından başsağlığı verirərək: “Biz hadisədə ölənlərin ailə və dostlarının kədərini bölüşür və yaralananların tezliklə ayağa qalxmasını diləyirik. Birləşmiş Ştatlar belə sarsıntılı və kədərli bir vəziyyətdə öz dostu və strateji müttəfiqi olan Azərbaycanla həmrəy olduğunu bildirir”deyə qeyd etmişdilər.

“UNİCEF-Azərbaycan” təşkilatı silahlı şəxsin hücumu nəticəsində kütləvi insan tələfatı xəbərindən hədsiz dərəcədə kədərləndiyini, sarsıldığını bildirib və ölənlərin ailələrinə və Azərbaycan xalqına faciə ilə əlaqədar baş sağlığı vermişdir. Başsağlığında deyilirdi: “Uşaq Hüquqlarının Qorunması Konvensiyası və digər beynəlxalq müqavilələrin prinsiplərinə əsasən, “UNİCEF” zorakılıq, terror və günahsız mülki şəxslərin öldürülməsini pisləyərək, Azərbaycan xalqının kədərini anlayır və dərdinə şərik olduğunu bildirir”.

Öldürülənlərin siyahısı:

  1. Məmmədov Taleh Tariyel oğlu, 1980-ci il təvəllüdlü (Sumqayıt şəhəri, II mikrorayon)
  2. Qurbanova Ayna Abbasqulu qızı, 1957-ci il təvəllüdlü (Salyan şəhəri)
  3. Əzizova Tamilla Zülfüqar qızı, 1951-ci il təvəllüdlü (Bakı şəhəri, Xətai rayonu Babək prospekti)
  4. Bəndəliyev Yusif Telman oğlu, 1989-cu il təvəllüdlü (Cəlilabad şəhəri, Füzuli küçəsi)
  5. Abdullayev Ramiz Xəlil oğlu, 1940-cı il təvəllüdlü (Bakı şəhər, VII mikrorayon)
  6. Vahidov Məcnun Abdulvahid oğlu, 1946-cı il təvəllüdlü (Bakı şəhər, IX mikrorayon)
  7. Aslanov Ceyhun Sakit oğlu, 1988-ci il təvəllüdlü (Şirvan şəhəri)
  8. Abdullayev Emin İmaməli oğlu, 1989-cu il təvəllüdlü (Daşkəsən şəhəri)
  9. Babaşov Ruslan Cəfər oğlu, 1990-cı il təvəllüdlü (Sabirabad rayonu)
  10. Bağırov Ayaz Cavanşir oğlu, 1988-ci il təvəllüdlü (Bakı şəhəri, Yasamal rayonu)
  11. Məmmədova Şəfa Afət qızı, 1978-ci il təvəllüdlü (Bakı şəhəri, Füzuli küçəsi)
  12. Cabbarov Savalan Allahverdi oğlu, 1987-ci il təvəllüdlü (Bakı şəhəri)

Neft qaz quyularının qazılması kafedrasının böyük mühəndisi Rüstəmbəyov Faiq Bəhram oğlu, Neft qaz istehsalı və emalı texnikası kafedrasının tədris ustası Hüseynli Zemfira Seyidi qızı,

Tələbələrdən;

İsayev Kənan Tələt oğlu, Suriya vətəndaşı olan Daas Muavviyya, Sudan vətəndaşları Mustafa Məhəmməd Qasim, Seyid Əhməd Əmru, Şirəliyev İlkin Azər oğlu, Mustafayev Elşən Elbəyi oğlu, Axundov Rəhman Sahib oğlu, Cəmiyev Elvin Azər oğlu, 1989 Qurbanova Səbinə Əşrəf qızı, Məmmədov Elşən Xanlar oğlu, Cəfərov Bəxtiyar Aydın oğlu

Atılmış güllələrin hədəfi olsalar da, xoşbəxtlikdən sağ qalıblar. Adlarını çəkmədiyimiz bir neçə tələbə isə Fərda Qədirovun atdığı güllələrdən yayına bilmişdi.

 

Hadisənin canlı şahidi Dünya Çempionu Mirzə Məmmədov o günləri şəxsi sosial səhifəsində paylaşdığı video ilə belə həyəcandolu anılarla  xatırlayır:

“Çox dəhşətli bir gün idi.İllər keçməsinə baxmayaraq hələdə unuda bilmirəm.Sanki yaddaşıma qanlı izlərlə yazılıb.Terrorçunun törətdiyi silahlı basqının fəsadları isə çox qanlıqadalı oldu.Yaralılar və ölənlər bir-birinə qarışmışdı, yaşanan xaos sadəcə dəhşət idi.Qorxu filmlərinin real kadrları kimi idi o gün. Mən işlədiyim sahədən dolayı yaralıların təxliyyəsini cəldliklə icra etdim, necə insanın sag qalma ehtimalını reallaşdırdım.O günü bir daha yaşamamağı ümid edrəm.Ölənlərədə rəhmət diləyirəm.”

 

İllər keçməsinə baxmayaraq bu gün gələndə hələdə xatırlanan, günahsız insanların ölməsinə səbəb olan bu qanlı terror aktını bir xalq olaraq udutmayacağıq. Bu hadisə tarix yaddaşımıza yazılaraq, müəmmalı  qanlı-qadalı gün kimi qalacaq!

 

İlhamə Məmmədova

Gununsesi.info