
Milli Məclisin üzvü Fazil Mustafa xalq şairi Musa Yaqub haqqında fikirlərini yazıb.
Gununsesi.info deputatın həmin qeydlərini təqfim edir:
Musa Yaqub bütün varlığı ilə, mahiyyəti ilə şair idi. İnsanlarımızın çoxusunun gerçək şair, rəssam, müğənni, alim, siyasətçi meyarlarının natamamlığı üzərində dayanmadan bir məsələni vurğulamaq istərdim ki, o, öz ədəbi üslubu ilə təkrarolunmaz idi. İsmayıllıda 80 illik yubileyinə dəvət etmişdi, iştirak etdim, ürək sözlərimi dedim.
Milli Məclisdə çıxışımda layiq olmayanlara fəxri adlar o qədər verilib ki, Ramiz Rövşən və Musa Yaqub kimi ustadlara bu adların verilməməsi daha yaxşıdır, söyləmişdim. Üzərindən heç üç gün keçməmiş hər iki ustada ölkə prezidenti xalq şairi adını verdi. Zəng etmişdi, xəstə səsi ilə sanki bir az təsəlli tapdığını hiss etdirirdi, təşəkkürünü bildirirdi. Hər bir halda dünyasını dəyişməzdən öncə dəyər verilməsi bizlərin də təsəllisi oldu.
Allah ruhunu şad etsin, ədəbiyyatımızda sönməyəcək bir ocaq kimi qalacaqdır Musa Yaqub.