
Azərbaycan səfiri Rəhman Mustafayev etimadnaməsini Niderland Kralı Villem-Aleksandra təqdim edib.
Gununsesi.info xəbər verir ki, səfir bu barədə “Twitter”də bildirib.
“Bu gün səfir kimi etimadnaməmi Kral Villem-Aleksandra təqdim etmək şərəfinə nail oldum. Siyasi dialoqun gücləndirilməsi, iqtisadi əməkdaşlıq, elm və mədəniyyət sahəsində əməkdaşlıq, gənclərin mübadiləsi gündəliyimizdə əsas məsələlər olacaq”, – diplomat vurğulayıb.