Həndbol üzrə Azərbaycan çempionatlarının təqvimi müəyyənləşib

  • By ilhame
  • 16 Fevral 2024 22:56

Həndbol üzrə Azərbaycan çempionatlarında XI turun təqvimi müəyyənləşib.

 

Gununsesi.info-nun məlumatına görə, qadınların liqasında hər iki oyun fevralın 17-də keçiriləcək.

 

Lider “Qarabağ” çempionatın ortababı sayılan “İdman Akademiyası”nı sınağa çəkəcək. 15 xalla 2-3-cü yerləri bölüşdürən “Azəryol”la “Kür” münasibətlərinə aydınlıq gətirəcəklər.

 

Kişilərin liqasında isə mərkəzi oyunda lider “Kür” ən yaxın izləyicisi olan “Azəryol”u qəbul edəcək.

 

XI tur

 

Qadınlar

17 fevral

10:00. “Qarabağ” – “İdman Akademiyası”

14:00. “Azəryol” – “Kür”

Xal durumu: “Qarabağ” – 18 xal, “Kür”, “Azəryol” – 15, “İdman Akademiyası” – 8, “Bakı” – 4, “Gənclər Birliyi” – 0.

 

Kişilər

17 fevral

12:00. “Bakı” – “Qarabağ”

18 fevral

14:00. “Kür” – “Azəryol”

19 fevral

19:00. “Təhsil” – “Dinamo”

Xal durumu: “Kür” – 17 xal, “Azəryol”, “Bakı” – 12, “Qarabağ” – 11, “Dinamo”, “İdman Akademiyası” – 3, “Təhsil” – 2.

Gununsesi.info