Azərbaycan metanol istehsalını önəmli dərəcədə artıracaq

  • By arzu
  • 05 Yanvar 2021 18:10

Azərbaycan Dövlət Neft Şirkətinə məxsus “SOCAR Methanol” MMC dünyada bu məhsullara artan tələbi nəzərə alaraq 2022-24-cü illər ərzində metanol (qazdan metil spirt) istehsalını əhəmiyyətli dərəcədə artırmağı planlaşdırır.

 

Gununsesi.org xəbər verir ki, bu barədə “Turan”a məlumatlı mənbədən informasiya daxil olub.

“Argus” beynəlxalq qiymət agentliyinin ekspertlərinə görə, müxtəlif növ gəmilər üçün yanacaq kimi metanola maraq artmaqdadır, çünki Beynəlxalq Dəniz Təşkilatının (IMO) yeni standartlarına görə gəmi sahibləri ənənəvi bunker yanacağı ilə əvəzləməyə çalışdıqları üçün müxtəlif növ gəmilər üçün yanacaq kimi metanola maraq artmaqdadır. Yeni standarta görə, yanacağdakı kükürdün payı 0,5%-dən çox olmamalıdır.

Gununsesi.org