
Avstraliyanın Brisben şəhəri yaxınlığındakı “Gold Coast” çimərliyi üzərində iki helikopter toqquşub.
Gununsesi.info ABC telekanalına istinadla xəbər verir ki, qəzanın baş verdiyi Kvinslend ştatının təcili yardım xidməti 13 nəfərin xəsarət aldığını bildirib.
Yerli vaxtla saat 14:00 radələrində baş vermiş qəza yerində hazırda xilasetmə xidmətinin əməkdaşları çalışırlar. Hadisə nəticəsində həlak olanlar olsa da, onların sayı barədə məlumat verilməyib.
Gununsesi.info