Avropanın ən iri enerji saxlama istehsalçısı Azərbaycana gəlib

  • By ilhame
  • 11 Mart 2024 21:36

İtalyan brendi və Avropanın 3-cü ən böyük generator istehsalçısı olan “PRAMAC” şirkəti “Baku Business Group” şirkəti ilə əməkdaşlığa başlayıb.

 

Gununsesi.info xəbər verir ki, tərəflər Azərbaycan və Gürcüstan bazarı üçün aktiv layihələrin reallaşdırılması üçün birgə çalışacaq.

 

“PRAMAC” – Dizel sənaye generatorları, qazla çalışan sənaye generatorları, telekommunikasiya generatorları, fərdi enerji blokları kimi kommersiya və sənaye sahələləri üçün inteqrasiya edilən, davamlı və genişlənə bilən Enerji Ehtiyatı üsulları sistemini hazırlayır, iri sənaye ölkələrində təminatını həyata keçirir.

 

Tərəflər arasındakı görüşdə, gələcəkdə İngiltərə, Almaniya, Braziliya, Hindistan, Rumıniya, Polşa bazarı ilə də qarşılıqlı layihələrin reallaşdırılması barədə ilkin razılığa gəlinib.

 

Anlaşma sazişini “PRAMAC”ın vitse-prezidenti İqor Baraxtyanskiy və “Baku Business Group”un idarə heyətinin sədri Rüstəm İsgəndərli imzalayıb.

 

Brendin Azərbaycanda yeganə rəsmi tərəfdaşı “Baku Business Group”dur.

Gununsesi.info