Avropa Parlamenti Ermənistanla bağlı qətnamə qəbul etdi

  • By ilhame
  • 13 Mart 2024 21:48

Avropa Parlamenti Ermənistana Aİ-yə üzv olmaq üçün namizəd statusunun verilməsinin mümkünlüyü ilə bağlı qətnamə qəbul edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Erməni KİV-ləri məlumat yayıb.

Qeyd olunub ki, qətnamənin lehinə 504 deputat, əleyhinə 4 deputat səs verib.

32 deputat isə bitərəf qalıb.

“Əgər Ermənistan namizəd statusu almaqda maraqlıdırsa və sabit islahatlar, demokratiyasını möhkəmləndirmək yolunda davam etsə, bu, Aİ-Ermənistan münasibətlərində yeni mərhələ ola bilər”, – məlumatda deyilir.

Gununsesi.info