Avropa Məhkəməsi Tofiq Yaqubluya görə hökuməti cəriməlıdi

  • By admin
  • 15 İyul 2021 12:08

Avropa İnsan Haqları  Məhkəməsi müxalif lider Tofiq Yaqublunun iki şikayəti üzrə qərarını elan edib.

Gununsesi.info bildirir ki, məhkəmə müxalif siyasətçinin iddia etdiyi pozuntuların əksəriyyətini tanıyıb.

AİHM-in yekdilliklə qəbul etdiyi qərara əsasən, T.Yaqubluya münasibətdə hər iki iş üzrə azadlıq və toxunulmazlıq (Maddə 5) və ədalətli məhkəmə araşdırması (Maddə 6) hüquqlarının pozuntusuna yol verilib.

Qərar qəti olduqdan sonra hökumət T.Yaqubluya mənəvi zərər əvəzi 8 min avro, xərc və məsrəflərə görə isə bir min avro təzminat ödəməlidir.

AİHM-ə 2013-14-cü illərdə göndərilmiş bu şikayətlər T.Yaqublunun 2012-ci ilin may ayının 24-də və 25-də polislər tərəfindən iki dəfə saxlanılması ilə bağlı idi.

Ərizəçi 2012-ci ilin may ayının mayın 24-də və 25-də müxalif qüvvələrin aksiyasından bir gün əvvəl Suraxanı və Səbail rayonları ərazisində saxlanılmış, inzibati məsuliyyətə cəlb edilmişdi.

Gununsesi.info