
Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Borrel fələstinlilər üçün yeni bir dövlətin qurulmasının vacibliyini, fələstinlilərin sürgün edilməsinə və Qəzzanın İsrail tərəfindən işğalına icazə verilmədiyini bildirib.
Gununsesi.info bildirir ki, Avropa İttifaqının Ali Nümayəndəsi Cozef Borrel Aİ Xarici İşlər Nazirləri Toplantısından sonra İsrailin Qəzzaya hücumları ilə bağlı diqqətçəkən açıqlamalar verib.
Görüşdə Qəzzaya humanitar yardımın təcili çatdırılması zərurətinə diqqət çəkdiklərini bildirən Borrel münaqişə bitdikdən sonra nə ediləcəyi və mümkün ssenarilər barədə də müzakirələr apardıqlarını bildirib.
“Biz fələstinlilərlə israillilər arasında sülh və regionda sülh üçün həll yolu tapmalıyıq. Bu gün yaşadığımız dramatik böhran və həm İsrail, həm də Fələstin tərəfində böyük insan itkiləri beynəlxalq ictimaiyyətin siyasi və mənəvi uğursuzluğunu göstərir. Çözüm yolu tapa bilmədik. Bu vəziyyətə görə hər kəsin həllə ehtiyacı artıq vazkeçilməzdir”, – deyə o əlavə edib.
Borrel bildirib ki, Fələstin probleminin həlli üçün “vahid qanuni Fələstin administrasiyası” olmalıdır və bu, Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurası tərəfindən qəbul edilməlidir.
Gununsesi.info