
Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrel Aİ-nin fələstinlilərə qarşı zorakılıq hərəkətləri edən qeyri-qanuni yəhudi məskunlaşanlara qarşı fərdi sanksiyalar tətbiq etməyə razılaşdığını açıqlayıb.
Gununsesi.info xəbər verir ki, o, Aİ xarici işlər nazirlərinin görüşündən sonra danışıb və bildirib ki, 27 üzv dövlət zorakılıq edən yəhudi məskunlaşanlara qarşı fərdi sanksiyalar tətbiq etməyə razılaşıb.
Borrelin sözlərinə görə, bu məsələ xarici işlər nazirlərinin əvvəlki iclasının da gündəmində olub, lakin yekdillik olmadığı üçün qərar qəbul oluna bilməyib. Bu səbəbdən fələstinlilərə qarşı zorakılıq aktlarına görə məsuliyyət daşıyan şəxslərin siyahısı tərtib edilib.
Ali Nümayəndə qeyd edib ki, bu şəxslər Aİ-nin mövcud fərdi sanksiyalar rejiminə, o cümlədən Aİ-yə girişə qadağa, Aİ-dəki aktivlərinin dondurulması və ya müsadirə edilməsinə məruz qalacaqlar.
Jurnalistlərin siyahıda yer alan adlarla bağlı sualına siyasətçi “Belə adlar nəzərdə tutmur” deyə cavab verib.
Gununsesi.info