
BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər İdarəsi (UNRWA) oktyabrın 7-dən İsrailin hücumuna məruz qalan Qəzzada körpələrin “dünyanın gözü qarşısında yavaş-yavaş öldüyünü” açıqlayıb.
Gununsesi.info xəbər verir ki, UNRWA-nın sosial media səhifəsində İsrailin hücumları nəticəsində öldürülən körpələr və uşaqlar haqqında məlumat yerləşdirilib.
Məlumatda qeyd edilir ki, oktyabrın 7-dən bu yana Qəzzada 17 minə yaxın uşaq yetim qalıb, Qəzzanın şimalında iki yaşınadək hər altı uşaqdan biri ağır qida çatışmazlığından əziyyət çəkir.
“Körpələr bütün dünyanın gözü qarşısında yavaş-yavaş ölürlər”, məlumatda qeyd edilir.
Məlumatda bombardmanlar və İsrail blokadasının yaratdığı problemlər nəticəsində ölən Qəzzalı uşaqlara istinad edilir və bu ölümlərin “qarşısının alına biləcəyi” vurğulanır.
Fələstin Səhiyyə Nazirliyinin Qəzza sözçüsü Əşrəf əl-Qudra martın 3-də İsrailin maneələri səbəbindən humanitar yardımın çata bilmədiyi Qəzza zolağının şimalında və Qəzza şəhərində 15 uşağın aclıqdan öldüyünü, daha 6 uşağın isə hər an aclıqdan ölə biləcəyini açıqlayıb.
Oktyabrın 7-dən indiyədək İsrailin Qəzza zolağına hücumları nəticəsində azı 13 430 uşaq və 8 900 qadın daxil olmaqla 30 631 fələstinli həlak olub, 72 43 043 nəfər isə yaralanıb.
Gununsesi.info