
Avropa İttifaqı münaqişənin gərginləşəcəyi təqdirdə Ukraynadan bir milyona qədər qaçqını qəbul etməyə hazırlaşır.
Gununsesi.info xəbər verir ki, bu barədə Avropa Komissiyasının vitse-prezidenti Marqaritis Şinas Almaniyanın “Die Welt” qəzetinə müsahibəsində bildirib.
O, həmçinin qeyd edib ki, Avropa Komissiyası fövqəladə vəziyyətlə bağlı müxtəlif ssenarilər üzərində işləyir:
“Təxmini hesablamalara görə, 20 mindən bir milyona qədər qaçqın gələ bilər”.
Gununsesi.info