Məhkəmə hüquq-sisteminin sifarişlə və rüşvətlə işlədiyi dövlətdə ədalət yalnız Allaha dua etməklə gözlənilir. Məhz bunun nəticəsidir ki, Azərbaycanda insanları ədaləti məhkəmə salonlarında deyil, əllərini göylərə qaldırıb Tanrıda axtarır.
20 il Azərbaycanın Baş Prokuroru vəzifəsini tutan Zakir Qaralovun nəhayət, yola salınası bir məsələni aktuallaşdırıb.
Söhbət məhz Zakir Qaralovun şəxsi prinsip apardığı iki iş adamının –Şəmsi Səmədzadə və Mübariz Niyazovun 20 ildən artıqdır ki, ömürlük məhbəsə məhkum edilməsindən gedir.
Qeyd edək ki, Şəmsi Səmədzadə müstəqilliyin ilk illərində Azərbaycanda tanınmış bir sahibkar olub. İndiki Göygol rayonunda böyük təsərrüfatı və spirtli içki istehsal edən müəssisəsi olan Şəmsi Səmədzadənin yolu hələ Zakir Qaralov Gəncənin prokuroru olduğu zaman kəsişib.
Belə ki, Zakir Qaralov o dövrün ən varlı adamlarından birinin ona aylıq verməsini tələb etəsə də bunu gerçəkləşdirə bilməyib və o zamandan Şəmsi Səmədzadə ilə kin saxlayıb. Həmin dövrdə Şəmsi Səmədzadənin ölkənin hüquq-mühafizə orqanları rəhbərliyində yaxın adamlarının olması onun Zakir Qaralovun qanunsuz tələblərinə dirəniş göstərməsinə səbəb olub.
Ancaq sonradan Zakir Qaralovun Baş Prokur təyin edilməsi Şəmsinin həyatını alt-üst edib. Ona qarşı CM-nin bir neçə maddəsi ilə cinayət işi açılıb və ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Həmin dövrdə Şəmsi Səmədzadənin vəkili olmuş Namizəd Səfərov deyir ki, hətta iş adamı ona elan olunan ittihamlardakı cinayəti törətsəydi belə ona 12 ildən artıq cəza düşmürdü: “Ölkədə hər kəs bilir ki, bu şəxs Zakir Qaralovun şəxsi iradəsinin nəticəsində ömürlükdədir”.
Göyçə mahalında məhşur olan Səməd Ağanın nəvəsi Şəmsinin azadlığa çıxacağı günü isə yaxınları səbirsizliklə gözləyir.
Zakir Qaralovun “ömürlüyə” məhkum etdiyi daha bir şəxs isə Gəncənin məşhur şəxslərindən biri olan Mübariz Niyazovdur. Adıçəkilən şəhərdə söz sahibi olan Mübariz Niyazovun Zakir Qaralovla problemləri olub.
Ölkənin baş prokuroru təyin olunduqdan sonra Zakir Qaralovun ilk qisas aldığı şəxslərdən biri Mübariz Niyazov olub.
20 ildir ki, həbs həyatı yaşayan Mübariz Niyazov artıq yaşının ahıl çağındadır. Həbsdə olduğu müddət ərzində bir neçə dəfə cərahiyyə əməliyyatı keçirən Mübariz Niyazovun da azadlıq yolunda işıq yandığını söyləmək olar.
Onu da qeyd edə ki, ölkə rəhbərliyinin koronavirus pandemiyası çərçivəsində “hamımız birlikdə güclüyük” devizini əsas tutan iş adamının yaxınları bu ağır dönəmdə yüzlərlə imkansız ailəyə yardımlar edib.
Eldar Mahmudovun “vurulması”ndan sonra onun ömürlük həbsə məhkum etdiyi DİN generalı Zakir Nəsirovun azadlığa çıxması da ortada bir presedent sayıla bilər.
COMMENTS