Atalarının fərqli ailələrə satdığı əkizlər 19 ildən sonra qovuşdu – FOTO

Gürcüstanda doğulduqdan sonra iki ayrı ailəyə satılan əkiz gənc qızlar TikTok sayəsində 19 ildən sonra qovuşublar.

Gununsesi.info xəbər verir ki, əkizlər Amu Xvitia və Ano Sartania yaxınlıqda yaşasalar da, bir-birlərinin varlığından xəbərsiz olublar. Onların doğulduqdan sonra qaçırılaraq qanunsuz olaraq ayrı-ayrı ailələrə satıldığı iddia edilir. TikTok videosu və həmçinin istedad şousu sayəsində onlar 19 ildən sonra bir-birlərini tapıblar.

12 yaşında olarkən “Georgia’s Got Talent” adlı realiti-şousunda gördüyü qızın ona çox bənzədiyini görüb. Bir neçə il sonra Sartania TikTok-da özünü göstərən Xvitiyanın videosunu görüb. Nə qədər oxşar olduqları ilə maraqlanan Sartania onu sosial mediada axtarmağa başlayıb və nəhayət, Facebook vasitəsilə onunla əlaqə saxlayıb.

Xvitiya və Sartaniya bir-birlərini tanımağa başlayanda anlayıblar ki, eyni xəstəxanada doğulublar. “Bu, güzgüyə baxmaq kimi idi, eyni sifət, eyni səs. Mən onunam, o mənəm”, – Xvitiya deyib.

Əkizlərin anasının doğuşdan sonra komaya düşdüyü və atanın körpələri iki fərqli ailəyə satmaq qərarına gəldiyi məlum olub.

BBC-nin məlumatına görə, əkizlər həqiqəti öyrəndikdən sonra övladlığa götürən ailəsi ilə üz-üzə gəliblər. Hər iki övladlığa götürən ana deyiblər ki, onlara övladlığa götürdükləri qızlarının əkiz olmasından xəbərləri olmayıb.

Gununsesi.info