Ata və oğul arasında bir incəlik anı: ağlasığmaz dəhşətin ortasında - SOMALİ SON 40 İLİN ƏN DƏHŞƏTLİ QURAQLIĞINI YAŞAYIR

Somalidə 7 milyon insan aclıq təhlükəsi ilə üz-üzədir və bütün uşaqların yarısı ağır qidalanmadan əziyyət çəkir.

Gununsesi.info xəbər verir ki, bu barədə dünyanın məşhur Avaaz təşkilatı başlatdığı kampaniyada bildirilir:
“Valideynlər kimi qidalandırmaq barədə qeyri-mümkün qərarlar verməyə məcbur olurlar.
Ölkə son 40 ilin ən dəhşətli quraqlığı ilə viran qalıb. Yağış olmasa, artıq heç nə böyüməz və yardım kifayət qədər tez çatmır.

Somali həkimləri və yardım işçiləri saatla yarışırlar, lakin hər dəqiqə daha bir ac uşaq xəstəxanaya yerləşdirilir. Resurslar tükənir, həkimlər isə dəhşətə gəlir.

Buradakı son aclıq 250.000 insanın ölümünə səbəb olub. Biz bunun yenidən baş verməsinə icazə verə bilmərik. Avaaz-ın 70 milyon üzvü var və hər birimiz bir az versək, real fərq yarada bilərik. Birlikdə biz minlərlə insanın həyatını xilas edən tibbi yardım və ərzaq paketlərini maliyyələşdirərdik və hökumətləri təcili yardımın kilidini açmağa və milyonlarla insanı fəlakətə sürükləyən karbon çirklənməsini azaltmağa sövq edən kütləvi kampaniyanı gücləndirərdik. Beynəlxalq səviyyədə başlanan kampaniyada insanlara səslənilir:

İqlim cəbhələrində aclıq çəkən uşaqların qarşısını almaq üçün qlobal miqyasda epik səylərə qoşulaq -indi bacardığınızı bağışlayaq”.

Qeyd edək ki, Avaaz-ın rəsmi səhifəsində kiçik ianələr üçün hazır bölümlər var və bir neçə saniyə ərzində bu kampaniyaya qoşulmaq olar.

Tərcümə: Günay 
Gununsesi.info