Ruslar Kiyevi bombalamaqda davam edir

“Biz Rusiya ilə birlikdəyik” hərəkatının sədri Vladimir Roqov bildirib ki, bu gecə Kiyevin nəzarətində olan Zaporojyedə azı 16 partlayış baş verib.

Gununsesi.info “russian.rt.com” saytına istinadla xəbər verir ki, bu barədə o , Telegram kanalında yazıb.

“Saat 06:03-dən başlayaraq 40 dəqiqə ərzində Kiyevin müvəqqəti nəzarəti altında olan rayon mərkəzində 16 partlayış səsi eşidilib”, – Roqov bildirib.

O, həmçinin Zaporojyedə hava hücumundan müdafiə sistemlərinin səsinin eşidildiyini vurğulayıb. Şəhərin bir sıra rayonlarında yanğın, tüstülənmə və elektrik enerjisinin kəsilməsi müşahidə olunur.

Gununsesi.info