Gəncədə maşın dörd piyadanı vurdu

Gəncə şəhərinin bazar ərazisində 4 piyadanı avtomobil vurub.

Gununsesi.info xəbər verir ki, yaralılar xəstəxanaya yerləşdiriliblər.

Onların 1953-cü il təvəllüdlü S.Məmmədova, 1984-cü il təvəllüdlü X.Qurbanova, 1987-ci il təvəllüdlü G.Ələkbərova və 1997-ci il təvəllüdlü A.Abdullayeva olduqları müəyyənləşib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info