
İyunun 6-da Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin, TÜRKSOY-un və “TRT AVAZ”-ın təşkilatçılığı ilə Azərbaycanın milli-istiqlal şairi Əhməd Cavadın 130 illiyinə həsr edilmiş” İncilər dök, gəl yoluna”adlı konsert keçirilib.
Cumhurbaşkanlığı Senfoni Orkestrinin müşayiəti və Mustafa Mehmandarovun dirijorluğu ilə keçirilən konsertdə Əhməd Cavadın şeirlərinə bəstələnən mahnılar səslənib.
Cavanşir Quliyev və Aygün Səmədzadənin bəstələdiyi mahnıları xalq artisti Azər Zeynalov, ifaçılar Nigar Cəlilova, Orxan Cəlilov və Xəyyam Məmmədov səsləndiriblər. Konsertdə Türkiyənin ictimai-siyasi elitasının təmsilçiləri, bələdiyyə başqanları, bir sıra tanınmış simalar iştirak edib. Konsert böyük maraqla və alqışlarla qarşılanıb.Nəticədə Xalq artisti Azər Zeynalov konsert bitdikdən sonra təkrar səhnəyə qayıtmalı olub.
Onu da qeyd edək ki, bu konsertə Türkiyənin ictimai-siyasi elitasının, hökumət və parlamentin təmsilçiləri də qatılıb.
Konsertdə diqqəti çəkən məqamlardan biri Əhməd Cavad ailəsinin Ənvər və Nuru Paşa nəvələri ilə görüşü olub.
Günay
Gununsesi.info