Amerikalı reper DMX vəfat edib

  • By admin
  • 09 Aprel 2021 21:52

Amerikalı reper və aktyor DMX (əsl adı Erl Simmons) 50 yaşında ikən vəfat edib.

Bu barədə “Rolling Stone” jurnalı onun ailə üzvlərinə istinadən məlumat yayıb.

Reper aprelin 2-də Nyu-Yorkdakı mənzilində olarkən özünü pis hiss edib və xəstəxanaya çatdırılıb. Ürək tutması keçirən ifaçı süni həyat təminatı cihazına qoşulub.

Qeyd edək ki, DMX-in altı albomu “Billboard” hit-paradında birinci pillədə debüt edib. Reper, həmçinin 20 filmdə çəkilib.

 

Gununsesi.info