
Dünyada koronavirusa qarşı peyvəndləmə kampaniyası davam edir.
Gununsesi.info “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, dünya ölkələri arasında peyvəndləmə qeyri-bərabərlik şəraitində aparılır.
Dünya əhalisinin 11%-nin yaşadığı 27 ən inkişaf etmiş ölkəsində COVID-19-a qarşı peyvənd olunanların 40%-i düşür. Bu göstərici yoxsul ölkələrlə müqayisədə 25 dəfə çoxdur. Ümumi peyvənd olunanların 1,6%-i Yer kürəsi sakinlərinin 11%-nin yaşadığı ən yoxsul ölkələrin payına düşür.
Hazırda Yer kürəsi əhalisinin 5%-i peyvənd olunsa da, onların sayı varlı və kasıb ölkələr arasında qeyri-bərabər bölünüb.
İndiyə kimi dünyanın 154 ölkəsində 726 milyondan çox vaksin vurulub.
Planet sakinlərinin 4,3%-nin yaşadığı ABŞ-a peyvənd olunanların 24%-i düşürsə, 2,7% Yer kürəsi sakininin yaşadığı Pakistanda cəmi 0,1% insana peyvənd vurulub.
Yaxın 3 ay ərzində ABŞ sakinlərinin 75%-nin peyvənd olunacağı halda, bütövlükdə, dünyanın yarıdan çox ölkəsində vaksinasiya 1%-ə də çatmayıb. Bu statistika hələ də peyvənd olunan sakinlərinin sayını açıqlamayan 40-dan çox ölkəni nəzərə almır.
“Dünyada vaksinin ədalətli bölgüsünü təmin edən mexanizm yoxdur. Lakin əgər ölkələrin əhali sayına düz mütənasib bölgü olardısa, onda ABŞ indikindən 6 dəfə, Böyük Britaniya isə 7 dəfə az vaksin dozası alardı. Vaksin almaqla bağlı problem yaşayan Avropa Birliyi ədalətli bölgünü 2 dəfə, Birləşmiş Ərəb Əmirlikləri 9, İsrail isə 12 dəfə çox pozub.
Afrikaya gəlincə, “qara qitə”nin 54 ölkəsindən yalnız 3-ü əhalisinin 1%-ni vaksinasiya edib. 20 ölkədə isə vaksinasiya prosesi ümumiyyətlə başlamayıb”,-deyə agentlik bildirib.
Gununsesi.info