Amerikada alimlər Qubad İbadoğlu üçün toplaşacaq

Nüfuzlu ABŞ alimləri Qubad İbadoğluna azadlıq tələb etmək üçün toplanırlar.

Bu barədə Gununsesi.info-ya hazırda həbsdə olan ADR Partiyasının lideri Qubad İbadoğlunun qardaşı Qalib Toğrul deyib.

Onun sözlərinə görə, 12 oktyabr 2023-cü ildə, ABŞ-da Professor Qubad İbadoğlunun qanunsuz həbsi ilə bağlı akademik dairələrinin iştirakı ilə müzakirələr keçiriləcək:

“Müzakirələrə dünyanın hər yerindən alimlər və insan hüquqları müdafiəçiləri qatılacaq. Müzakirələrdə aşağdakı nüfuzlu şəxslər çıxış edəcəklər.

Harvard Universitetinin professoru Steven Pinker, Kaliforniya Berkli (Berkeley) Universitetinin professor Judith Butler, Mərkəzi Avropa Universitetinin (Central European University) sabiq prezidenti Michael Ignatieff və Human Rights Watch-un sabiq icraçı direktoru Kenneth Roth məruzə nitqi söyləyəcək”.

 

Elmar

Gununsesi.info