
“Azərbaycanda başlayan vaksinasiya prosesi mərhələli şəkildə ölkə üzrə də davam etdiriləcək”.
Bunu jurnalistlərə açıqlamasında Səhiyyə nazirinin müavini Viktor Qasımov deyib.
O bildirib ki, ölkədə başlayan vaksinasiya prosesi ilkin mərhələdə tibb işçiləri üzərində aparılır:
“Mən özüm də vaksin vurdurmuşam. Özümü yaxşı hiss edirəm. Ümumiyyətlə, vaksinasiya prosesi ilə bağlı bütün mərhələlər strategiyada öz əksini tapıb”.
Gununsesi.info