MilliÖN aparatlarını söküb 7303 manat oğurladı

Gəncədə oğurluqla məşğul olan şəxs tutulub.

Gununsesi.info Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri ərazisindəki müxtəlif yerlərdə quraşdırılmış 4 Mill Ön ödəmə terminalından ümumilikdə 7303 manat pul, kassa aparatı və 300 manat dəyərində kaset hissəsi oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş E.Əsgərov saxlanılıb.

Araşdırmalar davam etdirilir.

Gununsesi.info