
Vaşinqton nüvə anlaşmasının həyata keçirilməsi ilə bağlı Tehrana şərt irəli sürə bilməz.
Gununsesi.info Axar.az-a istinadla xəbər verir ki, bunu İranın Ali lideri Əli Xamenei deyib.
“Öhdəliklərə uyğun hərəkət edən İran Birgə Hərtərəfli Fəaliyyət Planında şərt qoymaq hüququ olan tərəfdir, bütün öhdəlikləri tapdalayan ABŞ və üç Avropa ölkəsi (İngiltərə, Fransa, Almaniya) deyil”, – Xamenei Tvitter hesabında bildirib.
Gununsesi.info