
Almaniyadan deportasiya olunub Bakıya göndəriləndən az sonra həbs edilən siyasi fəal Samir Aşurova 8 il həbs cəzası tələb edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror bu gün həmçinin bildirib ki, S.Aşurovun metronun “Neftçilər” stansiyasının yaxınlığında Elşən Nəbiyev adlı şəxsə bıçaqla xəsarət yetirdiyi məhkəmədə sübuta yetirilib.
Təqsirləndirilən siyasi fəal bu ittihamla razılaşmır. O, E.Nəbiyevin polislərlə əməkdaşlıq etdiyini və şərlənməsində həmin adamdan istifadə olunduğunu bildirib.
Gununsesi.info