
ABŞ-ın Azərbaycandakı səfirliyi mühəndis-mexanik vəzifəsi üçün vakansiya elan edib.
Gununsesi.info bildirir ki, tələblər və şərtləri səfirliyin saytından tanış olmaq olar.
Mühəndis mexanik ABŞ səfirliyinin mexaniki sisteminə texniki xidməti aparacaq. Bura soyutma sistemi, havalandırıcı qurğular, içməli suyun təmizlənməsi və paylanması, sanitar sisteminin idarə olunması və s. daxildir.
İş üçün müraciət edən şəxsin 3 illik mühəndislik üzrə iş təcrübəsi olmalıdır. İngilis dilində işgüzar qaydada oxumağı və danışmağı bacarmalııdr.
Əmək haqqı illik 41 min 142 dollardır.
Gununsesi.info