
Türkiyənin Ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının (CHP) qurultayı öz işinə başlayıb.
Gununsesi.info-nun xəbərinə görə qurultayda partiyanın sədri Kamal Kılıcdaroğlu hesabat məruzəsi ilə çıxış edib.
O, bildirib ki, ötən illər ərzində fəaliyyəti yalnız partiyanın gələcəyi üçün olub:
“Ola bilər ki, hansısa dönəmlərdə sizi üzmüşəm, buna görə sizdən üzr istəyirəm. Amma Allah da şahiddir ki, yalnız CHP və Türk milləti üçün çalışdım”.
Qeyd edək ki, qurultayda partiyanın yeni sədri və Məclis üzvləri seçiləcək.
Gununsesi.info