
Astronomlar iki üzlü qəribə görünüşlü ulduz aşkar ediblər. Ulduzun bir tərəfinin demək olar ki, tamamilə hidrogendən, digər tərəfinin isə heliumdan ibarət olduğu görünür.
Gununsesi.info TRT Haber-ə istinadən xəbər verir ki, astronomlar ilk dəfə olaraq iki əks sifətin kortəbii olaraq inkişaf etdiyi görünən bir ulduz kəşf etdilər.
1000 işıq ili uzaqlıqda yerləşən obyektin elmi adı ZTF J203349.8+322901.1-dir.
Ulduz ilk dəfə San Dieqo yaxınlığındakı Kaltek Palomar Rəsədxanasından gecə səmasını skan edən “Zwicky Transient Facility” cihazı (ZTF) tərəfindən kəşf edilib.
Tədqiqata rəhbərlik edən astrofizik İlaria Caiazzo bildirib ki, “ağ cırtdan”ın səthi bir tərəfdən digər tərəfə tamamilə dəyişir. Digər müşahidələrdə ulduzun hər 15 dəqiqədən bir öz oxu ətrafında fırlandığı məlum olub.
Diqqətlə baxdıqda, ulduzun hər iki tərəfi mavi rəngdədir və eyni parlaqlığa malikdir. Lakin helium tərəfi bizim günəşimiz kimi dənəli, yamaqlı bir görünüşə malikdir, hidrogen tərəfi isə hamar görünür.
Gununsesi.info